Dünya

ABŞ-ın hərbi bazası yaxınlığında PARTLAYIŞ, ÖLƏNLƏR VAR - YENİLƏNİB

24 Aprel 2017 21:09
2 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:09

Əfqanıstanın Xost şəhərində ABŞ-a məxsus hərbi bazanın yaxınlığında güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 əfqan hərbçisi ölüb, daha 8-i yaralanıb.  Yaralılar arasında 2 dinc sakinin olduğu bildirilir.

Törədilən partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
 
Xatırladaq ki, aprelin 21-də Əfqanıstanın Balx əyalətində "Taliban" silahlılarının  hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb.

----------

17:22

Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün eyni zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mettis Əfqanıstana əvvəlcədən elan olunmamış səfər edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.