Dünya

ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi

24 Aprel 2017 15:16
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ müdafiə naziri Ceyms Mettis Əfqanıstana səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əvvəlcədən elan olunmamış səfər zamanı C. Mettis amerikalı hərbçilər və Əfqanıstan rəhbərliyi ilə görüşlər keçirəcək.

Pentaqon rəhbərinin səfəri bu ölkənin müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunlarının qərargah rəisi Qədəm Şah Şəhinin istefa verdikləri zamana təsadüf edib. Hər iki yüksək vəzifəli hərbçi ötən həftə Taliban qruplaşması tərəfindən həyata keçirilən və azı 170 nəfərin ölümünə səbəb olan hücuma görə istefaya gedib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.