Dünya

AŞPA sədri istefa verəcək? - BÖYÜK QALMAQAL

24 Aprel 2017 15:13
1 Şərh     Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında bəyan edib ki, Suriyaya səfəri yanlış addım idi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, P.Aqramunt qeyd edib: "Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm".

O əlavə edib ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb: "Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim".

Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞ PA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.