Dünya

Messi Ronaldunun sevgilisinin gecə planlarını pozdu - VİDEO

24 Aprel 2017 15:00
4 Şərh     Baxış: 4 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən axşam dünya futbolsevərlərinin gözü "böyük oyun"a yönəlmişdi.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, "El-Klassiko"da "Real Madrid"in qonağı olan "Barselona" qonaq meydanda özünü əsl ev sahibi kimi hiss edib. Messinin artırma dəqiqələrində vurduğu qolla "Real"a 2:3 hesabı ilə qalib gələn katalonlar turnir cədvəlində də paytaxt təmsilçisi ilə xallarını bərabərləşdirib.

"Real Madrid"in ulduz futbolçusu Kristianu Ronaldunun sevgilisi Qeorqina Rodriqezin parti planları isə Messinin kritik qolundan sonra "suya düşüb". "El-Klassiko"dan sonra Ronaldunun evində bir parti təşkil etməyi planlaşdıran Rodriquez "Real Madrid"in meydandan məğlub ayrılmasından sonra partini ləğv etmək məcburiyyətində qalıb.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Messi Ronaldunun sevgilisinin planlarını pozdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.