Dünya

Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırdı - YENİLƏNİB

24 Aprel 2017 11:12
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:12

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Şimali Koreya məsələsini müzakirə edib və vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırıb.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin lideri bildirib ki, ölkəsi qətiyyətlə  BMT TŞ-nin qətnamələrini pozmağa yönəlmiş fəaliyyətlərə qarşı çıxır: "Koreya yarımadasının problemini maraqlı tərəflər öz öhdəliklərini yerinə yetirdikləri və görüşməyə hazır olduqları halda həll etmək mümkün olacaq. Çin Koreya yarımadasında sülhə yardım etmək üçün  bütün tərəflərlə, o cümlədən ABŞ-la işləməyə hazırdır",- deyə Çin sədri bildirib.

Tərəflər həmçinin ümumi narahatlıq kəsb edən məsələlərlə bağlı ehtiyac olduğu halda kontakta girmək və fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər. 

----------

09:58

Çin lideri Si Tszinpin və ABŞ prezidenti Donald Tramp arasında Koreya yarımadası probleminin nizamlanmasına həsr olunmuş telefon söhbəti baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Çin Televiziyasının yaydığı xəbərə görə, həmçinin Çin və ABŞ münasibətləri də telefon söhbətinin müzakirə mövzusu olub.

Telefon söhbəti zamanı Çin lideri bildirib: "Ümid edirəm ki, bütün tərəflər Koreya məsələsində təmkin nümayiş etdirəcəklər. Bütün tərəflər gərginliyi artıracaq qərarlardan çəkinməlidirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.