Dünya

Dollar və qızıl ucuzlaşdı - Fransada seçkidən sonra

24 Aprel 2017 09:45
0 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada prezident seçkisinin ilk turunun ardından qızılın qiyməti ucuzlaşıb. Buna səbəb isə iqtisadi inkişaf yönümlü Emmanuel Macronun seçkinin ikinci turunda qələbə qazanacağı və bunun nəticəsində investorların riskli aktivlərə yönəlməsilə qızılın qiyməti düşüb. 

Milli.Az marja-ya istinadən xəbər verir ki, qızıl 1.5 faiz olmaqla 2 martdan bəri ən kəskin şəkildə ucuzlaşaraq unsiyası 1265.51 dollara qədər endikdən sonra, 1273.64 dollara gəlib. Qızıl və yen ucuzlaşarkən avro güclü yüksəlib.
 
ABŞ dolları Avro qarşısında, Fransada prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Macron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 Mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar.  Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir.
  
Həmçinin Macronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi Əleyhdarı Le Pen ilə Kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi  senarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.