Dünya

Gürcüstanda erməni deputatın avtomobilləri yandırıldı

23 Aprel 2017 18:48
2 Şərh     Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 22-də Gürcüstanın Axalkalaki şəhərində ölkə parlamentinin erməni əsilli deputatı Samvel Manukyana məxsus iki avtomobilin qəsdən yandırılmasına cəhd olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə deputatın özünə istinadən "jnews.ge" portalı məlumat yayıb.

Maşınlar onun evini qarşısında olub.

Deputat fakı təsdiq edib:

"Müxtəlif şübhələr var, sizi əmin edə bilərəm ki, baş verənlər mənim sahibkarlıq fəaliyyətimlə deyil, siyasi fəaliyyətimlə bağlıdır. Görək polis nə müəyyən edə biləcək".

Deputatın qonşusu təsadüfən görüb ki, kimsə maşınların üzərinə benzin töküb və yandırıb. Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı "Əmlaka qəsdən ziyan vurma" maddəsi üzrə cinayət işi qaldırılıb.

Maşınlardan biri tez söndürülüb, digərinə ciddi ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.