Dünya

Ukraynada ATƏT əməkdaşı partlayış nəticəsində öldü - YENİLƏNİB

23 Aprel 2017 20:37
1 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:37

Ukraynanın Donbas bölgəsində  avtomobilin minaya düşməsi nəticəsində ölən ATƏT əməkdaşının vətəndaşlığı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko bildirib.

"ATƏT avtomobilinin minaya düşməsi nəticəsində  ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib", deyə A.Qeraşşenko bildirib.
 
Xatırladaq ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb.

---------

15:37

Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ATƏT faktı təsdiqləyib.

Məlumatda bildirilir ki, hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb. Nəticədə ATƏT əməkdaşlarından biri ölüb, biri yaralanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.