Dünya

Peterburqda ABŞ vətəndaşı mübahisə etdiyi şəxsin gözünə bıçaq sancdı

23 Aprel 2017 18:46
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt Peterburq şəhərində 27 yaşlı ABŞ vətəndaşı mübahisə etdiyi şəxsin gözünə bıçaq sancıb. 

APA-nın "Fontanka.ru"ya istinadən verdiyi xəbərə  görə, insident ABŞ vətəndaşı və onun xosteldəki qonşusu, 32 yaşlı Tacikistan vətəndaşı arasında yaranan münaqişə zəminində baş verib. Tacik müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Amerikalı saxlanılıb. O, polisə ifadəsində Rusiyaya aprelin 2-də iş tapmaq və daimi yaşamaq məqsədi ilə gəldiyini bildirib.  

İnsidentlə əlaqədar "Xuliqanlıq" maddəsi üzrə cinayət işi başlanıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.