Dünya

Gümrüdə rusiyalı hərbçini öldürən şəxs ordudan tərxis olunub

23 Aprel 2017 09:28
0 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.     

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə Ermənistanın İstintaq Komitəsindən bildirilib.  

"İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi", - deyə qurumdan bildirilib.  

Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o, qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.