Dünya

ABŞ maliyyə naziri: "Vergi islahatları büdcə kəsirinə səbəb ola bilər"

23 Aprel 2017 18:05
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ maliyyə nazirliyinin əsas vəzifələri - ölkənin vergi sistemini dəyişdirmək və sanksiyalar vasitəsilə terrorçuluğun maliyyələşdirilməsini dayandırmaqdır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə naziri Stiven Mnuçin Beynəlxalq valyuta fondunun rəhbəri Kristin Laqarda görüşdə deyib.

Onun sözlərinə görə, vergi islahatlarının keçiriləcəyi ilk vaxtlar büdcə kəsiri ola bilər.

"Həqiqətən də, sanksiyalar işləyir. Əsas vəzifəmiz onların vasitəsilə terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasıdır. İslahatların digər vəzifəsi sıravi amerikalının daha çox pul əldə etməsinə kömək etməkdir", - nazir bildirib.

Eyni zamanda, Mnuçin etiraf edib ki, birinci mərhələdə islahat "bir sıra çətinliklərə", məsələn, büdcə kəsirinin artmasına gətirib çıxara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.