Dünya

Gürcüstanın Konstitusiyasına dəyişikliklər təsdiqləndi

22 Aprel 2017 23:37
0 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın dövlət konstitusiya komissiyası yekun iclasında səs çoxluğu ilə ölkənin Əsas qanununa dəyişikliklər layihəsini təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, lahiyə son dörd ay ərzində ətraflı müzakirə edilib və işçi qruplar tərəfindən redaktə edilib.

Konstitusiya dəyişikliklərinin layihəsini komissiyanın 43 üzvü dəstəkləyib, 8 nəfər əleyhinə olub.

Konstitusiya komissiyasının rəhbəri İrakli Kobaxidzenin sözlərinə görə, konstitusiyaya edilən düzəliş və dəqiqləşdirmələrin məqsədi prezident səlahiyyətləri və icra hakimiyyəti arasında dəqiq sərhədlərin çəkilməsidir.

Yeniləşən konstitusiya layihəsində fundamental dəyişikliklərdən biri parlament seçkiləri üçün qarışıq proporsional-majoritar sistemdən proporsional sistemə keçiddir.

Digər dəyişiklik, prezidentin seçilməsi qaydasına aiddir. Bununla prezident birbaşa səsvermə yolu ilə deyil, parlament tərəfindən seçilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.