Dünya

Yüzlərlə alim Trampa qarşı yürüdü - FOTO

22 Aprel 2017 21:46
0 Şərh     Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elmi faktlara siyasi hücumlara etiraz əlaməti olaraq, dünyanın yüzlərlə şəhərində alimlər küçələrə çıxıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yer Gününə təsadüf edən yürüşlər diqqəti ətraf mühitin problemlərinə yönəltmək məqsədi daşıyır.

Əsas tədbir bir qədər sonra Vaşinqtonda keçiriləcək. Təşkilatçılar bildirirlər ki, yürüş ABŞ Prezidenti Donald Trampa qarşı deyil, onun ətraf mühitə bilavasitə təsir göstərən fəaliyyətinə yönəlib. BBC xatırladır ki, Tramp bir müddət əvvəl iqlim dəyişikliyi problemini uydurma adlandırmışdı və onun bu baxışları elmi ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.