Dünya

Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - YENİLƏNİB - FOTO

22 Aprel 2017 22:38
5 Şərh     Baxış: 3 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:38

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə 20 yaşlı mülki şəxs şübhəli bilinir.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "RİA Novosti"yə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.  
 
"Polis əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı C.A. saxlanılıb", - deyə o bildirib.   
 
Cinayət işi Ermənistan İstintaq Komitəsinin Mühüm İşlərin İstintaqı İdarəsinə verilib.   
 
Saxlanılan şəxs barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Məlumata görə, həmin şəxs psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunub. Həmçinin, onun barəsində daha əvvəl cinayət işi başlanıbmış. 

20:24

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgərinin qətli ilə bağlı cinayət işi başlanıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki,  qətlə yetirilən hərbçinin müqavilə əsasında xidmət çəkən 21 yaşlı Dmitri Yalpayev olduğu müəyyən edilib.
 
Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.  

20:08

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb.
 
Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.  
 
Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.