Dünya

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ - NÜVƏ TƏHLÜKƏSİ

22 Aprel 2017 18:00
0 Şərh     Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"KXDR sülhpərvər dövlətdir, lakin ABŞ tərəfindən təhlükəyə qarşı sərt addımlar atmağa hazırdır".

Bu bəyanatla Şimali Koreyanın Xarici İşlər Nazirliyi çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bəyanatda, həmçinin Pxenyanın "total müharibəyə ümumi müharibə ilə, nüvə zərbələrinə isə nüvə müharibəsi ilə" cavab verəcəyi və "təhlükəli qarşıdurmada" mütləq qələbə qazanacağı qeyd olunur.

Aprelin 16-da Cənubi Koreyanın silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsi KXDR-in Xamqon-Namdo əyalətinin Sinpxo rayonunda uğursuz raket sınağı keçirdiyini bildirib. Raketin növü hələ müəyyən olunmasa da, ekspertlər onun KN-15 tipli orta mənzilli ballistik raket ola biləcəyini ehtimal edirlər.

Raket sınağından sonra Yaponiya hökuməti baş nazirin dəftərxanası yanında böhran komitəsi yaradıb, Cənubi Koreyada isə Milli Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclası çağırılıb. ABŞ-ın vitse-prezidenti Mayk Pens isə öz növbəsində Cənubi Koreyaya səfərinin gedişində bu yaxında Vaşinqtonun Suriyaya endirdiyi raket zərbələrini xatırladaraq, Pxenyanı Prezident Donald Trampın qətiyyətini sınamamağa çağırıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.