Dünya

Ərdoğandan "6 ay müddət" istəmişdi: TAPDI

22 Aprel 2017 13:58
1 Şərh     Baxış: 4 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 6 ay əvvəl Türkiyə prezidenti Təcəb Tayyib Ərdoğana "evlənəcəm" sözü verən 40 yaşlı məşhur müğənni Alişan axtardığı qadını tapıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, müğənni həyatında özəl bir qadının olduğunu deyib:

"İnşallah, xoşbəxtliyimə sona qədər nail olaram. İllərdir toylarda taxdığım qızılları geri gözləyirəm".

40 yaşına qədər ailəsi ilə yaşayan məşhur müğənni: "Pinti bir adam olduğum üçün tək yaşamağa cəsarət edə bilmirdim", - deyib. Keçən ilin oktyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğana "6 ay ərzində evlənəcəm" sözü verən Alişan həyatında özəl biri olduğunu ilk dəfə açıqlayıb.
  
Alişan "Görüşdüyüm biri var, amma indi adını açıqlaya bilmərəm. Münasibətimiz çox gözəl bir şəkildə davam edir. Eyni cür gedərsə, qısa zamanda xoşbəxtliyimi paylaşacağam, inşallah", - deyib.
 
Sirr vermədi
 
"Sevgiliniz məşhur biridirmi?" sualına Alişan belə cavab verib: "Bəlkə tanıyarsınız, hər kəs tanımasa da, amma tanıyanlar var. Biz bir-birimizi hələ yeni-yeni tanıyırıq və hər şey çox gözəl gedir. Bu müddəti keçsəm, ən çox istədiyim şeydir evlənmək ... Xoşbəxtliyimə çatacağam inşallah".
  
Alişan sözlərinə bunları əlavə edib: "Prezidentimizə verdiyim sözün tarixi aprel ayında bitirdi. Evlənməsəm də, verdiyim sözə əməl etdim və birini tapdım. Yarıbayarı sözümə əməl etmiş oldum. Prezidentimizin toyuma gəlməyini çox istəyirəm. Bu, ən böyük xəyalımdır. Özü mənə söz vermişdi, inşallah uyğun olsa, toyuma gələcək. Bir də İbrahim Tatlısesin toyumda mahnı oxumağını xəyal edirəm, çünki, o, mənim idealımdır".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.