Dünya

Whatsapp-da qrup yaradanlar - HƏBS OLUNA BİLƏRSİNİZ

22 Aprel 2017 13:00
3 Şərh     Baxış: 5 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Varanasi şəhərində qüvvəyə minən bir qanuna görə, Whatsapp qruplarında yazılan mesajların hüquqi məsuliyyəti qrup idarəçisinə aid olacaq.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun, Hindistanda 200 milyonu keçən Whatsapp istifadəçiləri arasında yalan məlumatların yayılmasını əngəlləmək məqsədi daşıyır.

 "YALNIZ TANIDIĞINIZ ŞƏXSLƏRİ İŞARƏLƏYİN"
 
Facebook və Whatsapp-dakı qruplarda bir, və ya daha çox şəxs qrup rəhbəri ola bilər. Qrupa kimlərin qatılacağını idarəçilər təyin edə bilirlər.
 
Hindistanda 200 milyonu keçən Whatsapp istifadəçisinə "yalnız şəxsi tanışlığı olanları qruplara əlavə etmək lazımdır" deyilib. Yanlış məlumatların qrupda paylaşılmasından sonra qrup rəhbərinin məlumatın səhv olduğunu bildirməsi və məlumatı yayan şəxsi qrupdan çıxartmağı lazımdır.
 
Polisə xəbər verəcəklər
 
Hindistanda Whatsapp istifadəçilərinə məsləhət bununla da bitmir. Yanlış məlumat paylaşanların kimliyi barədə polisə xəbər verilməsinin vacibliyi də istifadəçilərə bildirilib. Əgər bunu etməsələr, Whatsapp-dakı qrup rəhbərləri, göndərilən səhv məlumatların məsuliyyətini boynuna götürmüş sayılacaqlar.
 
Qrup rəhbərlərinin diqqətli olmağının vacib olduğu deyilən bu xəbərdarlıqda, dini mövzuda mesajların yazılmaması xüsusi ilə qeyd edilib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.