Dünya

Məmur həyat yoldaşını yataq otağında başqa kişi ilə tutdu

22 Aprel 2017 13:44
9 Şərh     Baxış: 20 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa şəhərində dövlət məmuru olan Mustafa K. nahar üçün evinə dönərkən həyat yoldaşını yataq otağında başqa kişi ilə tutub.

Belə ki, dövlət idarəsində çalışan 35 yaşlı Mustafa K. nahar üçün evinə gedib. Mustafa K. 27 yaşlı Ayşenur K.-nin hərəkətlərindən şübhələnərək yataq otağındakı qarderobu açarkən arvadının sevgilisi Halis A.-nı görüb.

Milli.Az habertürk-ə istinadən xəbər verir ki, hirsli ər mətbəxə qaçaraq götürdüyü bıçaqla öncə həyat yoldaşının sevgilisini sinəsindən, sonra da yoldaşını qarın boşluğundan bıçaqlayıb.

Qonşuların mənzildən gələn qışqırtı səslərindən sonra hadisə yerinə gələn polislər evdə üç yaralının olduğunu görüblər. Məlum olub ki, məmur ər həyat yoldaşı və sevgilisini bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.

Hər üç yaralı xəstəxanaya çatdırılıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.