Dünya

Rusiyanın nüvə bombardmançıları dörd gecədir ki...

22 Aprel 2017 12:28
0 Şərh     Baxış: 2 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Hava-Kosmik Qüvvələrinin Tu-95M strateji nüvə bombardmançıları artıq dördüncü gecədir ki, ABŞ-ın Alyaska ştatının sahilləri boyu gecə uçuşları keçirir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı bildirir. Rusiya strateji nüvə bombardmançılarının Alyaska sahillərində göründüyünə dair ilk məlumat aprelin 18-də yayılıb. Həmin gün ABŞ Hərbi Hava Qüvvələri bombardmançıları müşayiət etmək üçün iki F-22 "Raptor" qırıcısı və E-3 erkən radiolokasiya aşkarlama təyyarəsi havaya qaldırıb. Lakin xəbər verilir ki, sonuncu dəfə Rusiya bombardmançıları Alyaska sahillərinə yaxınlaşanda ABŞ aviasiyası onları müşayiət üçün havaya qalxmayıb.

Bildirilir ki, Rusiya strateji bombardmançılarının Alyaska sahillərində görünməsi barədə prezident Donald Tranpa məruzə ediblər. Bildiriblər ki, bu, qeyri-adi hal deyil. ABŞ aviasiyası da beynəlxalq hava məkanında müntəzəm olaraq belə reydlər keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.