Dünya

Messi və Ronaldo dodaq-dodağa... - FOTO

22 Aprel 2017 10:55
1 Şərh     Baxış: 2 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 23-də İspaniyanın Katoloniya bölgəsində "Sant Jordi" günü qeyd olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sevgililər gününü əvəz edən bu tarixdə katoloniyalılar bir-birinə hədiyyələr alırlar.

Adətən "San Jordi" günündə oğlan sevdiyi xanıma gül, xanım isə sevdiyi bəyə kitab hədiyyə edir.
 
Sözügedən günə 2 gün qalmış yerli sənətkarlardan biri maraqlı sənət əsəri ilə çıxış edib. Belə ki, rəssam Tvboy "Barselona"nın futbolçusu Lionel Messi ilə Madrid "Real"ının ulduzu Kristiano Ronaldonun portretini çəkib.
 
Həmin şəkildə ulduz futbolçular dodaq-dodağa öpüşürlər. "Eşqin gözü kordur" adı verilən sənət əsərində kitab Ronaldoda, gül isə Messidədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.