Dünya

Eynşteynin arvadına imzalatdığı İNANILMAZ EVLİLİK MÜQAVİLƏSİ - FOTO

21 Aprel 2017 20:12
1 Şərh     Baxış: 2 229

Tarixin ən məşhur fiziklərindən olan Albert Eynşteynin elm aləmi üçün etdikləri izah etməklə bitməz. Nasist Almaniyasında yəhudi olaraq həyatını davam etdirməyə çalışarkən 1933-ci ildə ABŞ-a köçür...

Eynşteynin şəxsi həyatıyla bağlı maraqlı məlumatlar yayılıb. Belə bir elm insanının gündəlik olaraq həyatını necə yaşadığını öyrənmək insanların daha çox diqqətini çəkən məqamlardandır.

Eynşteynin imzalatdığı evlilik müqaviləsi

Albert Eynşteyn, 1903-ci ildə Avstriya-Macarıstan İmperiyasının vətəndaşı və zəngin bir serb ailənin qızı olan Mileva Mariclə evlənib. Bu evlilikdən Hans Albert və Eduard adlı 2 oğlu olur.

Eynşteyn 1914-ci ildə həyat yoldaşı Mileva ilə ailə münasibətlərini bitirəcək həddə çatır. Universitet sevgisi olan bu münasibət artıq bitməyə çox yaxın idi... Albert, həyat yoldaşı Milevaya uşaqlarının xatirinə ailə münasibətini davam etdirəcəyini, amma istədiyi müqaviləni imzalamasının lazım olduğunu söyləyib

Şərtlər:

A. Aşağıdakılardan cavabdeh olacaqsan:
1. Paltarlarımın təmiz və səliqəli olduğundan;
2. Üç dəfə yeməyimi otağımda normal qaydada yediyimdən;
3. Yataq otağımla iş otağımın mənim istədiyim kimi olduğundan, xüsusilə də iş masama məndən başqa heç kimin istifadə etmədiyindən.

B. İctimai səbəblər məcburi şəkildə tələb etmədiyi təqdirdə mənimlə bütün fərdi əlaqəni kəsəcəksən. Xüsusilə aşağıdakıları tələb etməyəcəksən:
1. Evdə səninlə birlikdə oturmağımı;
2. Səninlə çölə, ya da səyahətə çıxmağımı.

C. Mənimlə əlaqən zamanı aşağıdakıları nəzərə almalısan:
1. Məndən fiziki yaxınlıq gözləməyəcək, mənə heç bir şəkildə giley etməyəcəksən;
2. İstədiyim anda mənimlə danışmağı kəsəcəksən;
3. İstədiyim anda yataq otağım, ya da iş otağımdan şikayət etmədən çıxacaqsan.

D. Məni uşaqlarımızın qarşısında sözlərin və ya hərəkətlərinlə alçaltmayacaqsan.

Mileva Maric-Eynşteyn bu şərtləri qəbul edir. Amma münasibətləri artıq bir müqaviləylə xilas olacaq vəziyyətdə olmadığından, bir neçə ay sonra uşaqlarını da götürüb, həyat yoldaşı Alberti Berlində tək qoyub evi tərk edir. Uşaqlarıyla Sürixdə yaşayan Mileva, həyat yoldaşından 5 il ayrı yaşayıb 1919-cu ildə rəsmi olaraq boşanırlar.

Albert Eynşteyn 1919-ci ildə 2-ci dəfə əmisi qızı Elsa ilə evlənir. Cütlük 1933-ci ildə Nasist Almaniyasında yəhudilərin çalışacağı sahələrə məhdudiyyət qoyulduğuna görə ABŞ-a köçür.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Deli;) · 21 Aprel 20:4210

    Bu mendende deli)diki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.