Dünya

Oğurlanan iş adamı tapıldı: "Məni zəncirlə bağlayıb videomu çəkdilər" - FOTO

21 Aprel 2017 17:04
0 Şərh     Baxış: 3 493

İranın Urmiya şəhərində tekstil işi ilə məşğul olan Ziyaəddin Məhəmməd Nejad bizneslə əlaqədar Türkiyəyə gedib.

Nejad orada əvvəldən tanış olduğu şəxslər tərəfindən qaçırılıb. 85 gün əvvəl oğurlanan iranlı iş adamı Ziyaəddin Məhəmməd Nejadı polislər Mardinin Nusaybin mahalında təşkil etdikləri əməliyyat zamanı xilas ediblər. 

Xəstəxanada jurnalistlərə açıqlama verən iranlı iş adamı Nejad pula görə qaçırıldığını deyib: "85 gün əvvəl məni pul əldə etmək üçün qaçırdılar. Məni zəncirlə bağladılar, işgəncə verdilər. Videomu çəkib ailəmə "əgər pulu verməsəniz, polisə getsəniz oğlunuzu öldürərik" deyərək təhdid ediblər. Allah Türkiyə dövləti və türk polisinden razı olsun. Mənim üçün çox zəhmət çəkdilər, canımı qurtardılar".

İranlı iş adamının qaçırılması və girov saxlanılması ilə əlaqədar nəzarətə götürülən 8 nəfərin dindirilmə prosesi davam edir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.