Dünya

Dünyanın ən "dəliqanlı" xüsusi təyinatlıları — SİYAHI

21 Aprel 2017 12:35
1 Şərh     Baxış: 1 438

Bu xüsusi təyinatlılar ən strateji tapşırıqları yerinə yetirirlər. Bu əsgərlər ən çətin əməliyyatların öhdəsindən gəlirlər. Onları hamının qorxduğu yerə göndərirlər. Kimdir onlar?

Milli.Az ölkə.az-a istinadən bu gün dünyanın ən "dəliqanlı", ən cəsur xüsusi təyinatlılarının siyahısını təqdim edir.

1. "Qara leylək" - Pakistan

Ölkə daxilində fəaliyyət göstərən xüsusi təyinatlılardır. Onları qeyri-adi baş örtüklərinə görə "qara leyləklər" adlandırırlar.

Hazırlıqları:

58 km atış-marşı, müddəti 12 saat.

Tam formada 8 km məsafəni 50 dəqiqəyə qət etmək.

2009-cu ilin oktyabr ayında Taliban terror qruplaşmasının işğal etdiyi binanı çox qısa müddətə təmizlədilər. Terrorçuları zərərsizləşdirən xüsusi təyinatlılar 39 girovu azad etdilər.

2. "Grupo Especial de Operaciones" - İspaniya

1978-ci ildə qurulub. İspaniya milli polisinin bir bölməsidir. Əsasən "ETA" bask separatçılarına cavab olaraq yaradılıb.

Bu gün onların sıralarına düşmək çox çətindir. Hər il müraciət edənlərin 70-80, bəzən isə 100 %-i arzusuna çata bilmir.

Şəhər şərtlərində İspaniya hökumətinin diplomatik missiyasını mühafizə edirlər.

3. "GİGN" - Fransa

Fransa jandarmeriyasının xüsusi təyinatlılarıdır. Əsirləri girovluqdan xilas etmək üçün xüsusi təlim keçirlər. 1973-cü ildən bu yana 600 nəfəri girovluqdan azad ediblər.

Ən parlaq əməliyyatları 1979-cu ildə Məkkədə Əl-Haram məscidinin azad edilməsidir. İslam dininin şərtlərinə əsasən, qeyri-müsəlman bu məbədə ayaq basa bilməzdi. Bu səbəbdən 3 xüsusi təyinatlı İslam dinini qəbul edir. Əməliyyat uğurlu olur.

4. "Sayeret Matkal" - İsrail

Əsas tapşırıqları düşmən arxasında məlumat toplamaqdır. 1957-ci ildə İsrail müdafiə nazirliyi ordu baş qərargahı tərəfindən yaradılıb. Namizədlər iki il hazırlıq keçirlər. Bu müddət ərzində piyada taktikası, paraşütlə tullanma, kəşfiyyat işləri, şəhər şəraitində döyüş öyrədilir. Bundan başqa, psixoloji iş də aparılır. Onlarla uğurlu əməliyyatları var. Onlardan biri də Uqanda ərazisində "Air France" şirkətinin sərnişinlərinin terrorçulardan azad edilməsidir.

5. "Special Air Service" - Böyük Britaniya

1941-ci ildə alman və italyan ordusunun arxasında əməliyyatlar keçirmək üçün qurulub. 1947-ci ildən Britaniya kəşfiyyatının bir hissəsinə çevrilir. "Mİ6"-nın tapşırıqlarını yerinə yetirirlər.

Ağır təlimləri var. 50 km qaçış, 4 km soyuq suda üzmək, 36 saat dindirilmə. Devizləri: "Risk edən qələbə qazanır".

6. "SEAL" - ABŞ

ABŞ-ın məşhur dəniz pişikləridir. ABŞ hərbi dəniz qüvvələrinin əsas əməliyyatlarını yerinə yetirirlər. "SEAL"- sea, air and land deməkdir. Yəni, suda, havada və quruda.

Tapşırıqları kəşfiyyat, xüsusi və diversiya əməliyyatları keçirmək, axtarış-xilasetmə işləridir.

7. "Alfa" qrupu  -Rusiya

Dünyanın ən məşhur xüsusi təyinatlılarıdır. 1974-cü ildə SSRİ KQB-si tərəfindən qurulub. 

1972-ci ildə Münhen Olimpiadasında baş verən terror hadisəsindən sonra KQB növbəti olimpiya oyunlarında, yəni 1980-ci il Moskvada keçiriləcək yarışlarda təhlükəsizliyi təmin etməli idi.

Ən parlaq əməliyyatlarından biri 1979-cu ildə Əfqanıstanda Hafizula Əminin sarayını ələ keçirmək olub.

8. "Bordo Bereliler" - Türkiyə

1992-ci ildə qurulub. Heç bir ordu komandanlığına tabeçilikləri yoxdur. Təkcə Türk silahlı qüvvələri ordu baş qərargah rəisinə tabedirlər. 2004-cü ildə dünya xüsusi təyinatlıları arasında keçirilən yarışda birincilik əldə ediblər. 

Xüsusi tapşırıqlardan başqa dövlət rəhbərlərini mühafizə edirlər. Ordu baş qərargah rəisi, yüksək rütbəli generalların təhlükəsizliyini təmin edirlər. Ən böyük əməliyyatlarından biri PKK lideri terrorçu Abdullah Öcalanın həbs edilib Türkiyəyə gətirilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    asi · 21 Aprel 12:4012

    Heç olmasa, hörmət və ehtiram naminə bizimkiləri də siyahıya əlavə edəydiz..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.