Dünya

İbrahimoviçin bu görüntüsü hər kəsi qorxutdu - FOTO

21 Aprel 2017 10:32
0 Şərh     Baxış: 1 035

Ötən axşam Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

"Mançester Yunayted"in öz meydanında Belçika təmsilçisi "Anderlext"lə oynadığı cavab qarşılaşmasında sevinən tərəf "qırmızı şeytanlar" olub. 1:1-lik hesabla bitən ilk matçın cavab görüşü gərgin alınsa da, "Mançester Yunayted" yarımfinala vəsiqə qazanan tərəf olub (2:1). 

Lakin matça başqa bir hadisə damğa vurub. Belə ki, "qırmızı şeytanlar"ın 35 yaşlı ulduzu Zlatan İbrahimoviç meydanı yarımçıq tərk etmək məcburiyyətində qalıb. Dünya ulduzu rəqib komandanın oyunçusu ilə hava mübarizəsinə qalxarkən tarazlığını itirdiyindən yerə çox pis düşüb. Futbolçunun sağ ayağı diz nahiyəsindən geri qatlanıb. Bu məqamın şahidi olan hər kəs Zlatanın ayağının qırıldığı qənaətinə gəlib.

Yerə yıxılan futbolçunu meydandan çıxartmaq üçün hakim xərəyin köməyinə ehtiyac duysa da, İbra özü meydanı tərk edəcəyini deyib.

İlkin tibbi müayinədən sonra ulduz futbolçunun son durumu haqda məlumat veriləcək.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.