Dünya

Putini təhqir edən məşhur teleaparıcı işdən qovulub

20 Aprel 2017 08:58
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fox News" telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O'Reylini işdən çıxarıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl "Fox" telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib. Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.
 
Bu ilin fevralında Bill O'Reyli ABŞ prezidenti Donald Trampla müsahibədə Qərbin Moskvaya qarşı ittihamlarını xatırlatmış və Rusiya prezidenti Vladimir Putini "qatil" adlandırmışdı. Bu ifadə rəsmi Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telekanaldan üzrxahlıq tələb etmişdi.
 
Bill O'Reyli 1996-cı ildən öz verilişini aparırdı və telekanalın siması sayılırdı. Onun 10 illik aparıcılıq karyerasından sonra sərvəti on milyonlarla dollar qiymətləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.