Dünya

Qadınlara qara libas qadağan edilir - Nazarbayev qərar verdi

19 Aprel 2017 18:45
4 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qeyri-matəm vaxtlarda qara rəngdə paltarların qadağan edilməsinin zəruri olduğunu deyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, N.Nazarbayev qazax qadınlarının tamamilə qara rəngdə geyimlər geydiyini deyib. O əlavə edib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir.

Qazaxıstan prezidenti bildirib: "Maarifçiliyin zəif olması səbəbindən gənc oğlanlarımız şalvarlarının ətəyini qısa edir, saqqal saxlayırlar. Başdan ayağa qaraya bürünmüş qazax qızların da sayı artır. Bu, nə bizim adətə, nə xalqımza uyğundur. Ona görə bunun qarşısını qanunvericilik səviyyəsində almaq lazımdır. Qazaxlar qara libası ancaq yas mərasimlərində geyinirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.