Dünya

Azərbaycanın əsirlikdən buraxdığı erməniyə AĞIR CƏZA - VİDEO

19 Aprel 2017 18:00
0 Şərh     Baxış: 4 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana əsir düşən şəxsə Ermənistanda 9 il həbs cəzası verilib.

Milli.Az apa.tv-ə istinadən xəbər verir ki, Arsen Xocayan həddi-buluğa çatmamış qızı öldürdüyünə görə həbs edilib.

Məhkəmə prosesi cəmi bir ay çəkib.
 
Hadisə 2016-cı ilin iyununda baş verib. Tavuş vilayətinin Verin kəndi yaxınlığında yeniyetmə qız meyiti aşkarlanıb. Onun üzərində çoxlu bıçaq yaraları olub.
 
Araşdırmalar nəticəsində sübut olunub ki, 17 yaşlı qız Arsen Xocayanın taksi kimi istifadə etdiyi avtomobillə Berd qəsəbəsindən yaşadığı kəndə gəlib. Onların arasında mübahisə yaranıb və qız Arsenin anasına söyüb.
 
Xatırladaq ki, Arsen Xocayan vaxtilə Azərbaycan Ordusuna əsir düşüb, daha sonra buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanın əsirlikdən buraxdığı erməniyə AĞIR CƏZA

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.