Dünya

Rusiya silah işlədə bilən robot istehsal etdi - Dəqiq nişan alır…

19 Aprel 2017 17:29
0 Şərh     Baxış: 1 213

Rusiya silah istifadə edə bilən robot istehsal edib.

Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Dmitri Roqozinin yaydığı videoda məlumat verilib.
 
Görüntülərdə Fyodor adl kosmik robotun hər iki əlində tapança tutduğu, dəqiq nişan alaraq atəş açdığı əks olunub.
 
Roqozin sözügedən videonu kiməsə göz dağı vermək üçün paylaşmadığını bildirib. O, robotun bacarığını və vəzifələrini həyata keçirmək üçün alqoritmlərin necə istifadə edildiyini göstərmək üçün çəkildiyini vurğulayıb.
 
Rusiya hökumətinin Fyodoru 2021-ci ilə kimi Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlaşdırdığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.