Dünya

"Görməsəm, inanmaram" deyənlərin gözlərinə şübhə edəcəyi 10 HADİSƏ

19 Aprel 2017 18:37
6 Şərh     Baxış: 29 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ölkə.az-a istinadən dünyada müxtəlif zamanlarda baş vermiş maraqlı hadisələri təqdim edir:

1. ABŞ-da ilk qadın bələdiyyə sədri 1887-ci ildə seçilib. Sırf zarafat olsun deyə bir qrup kişi tərəfindən namizədliyi irəli sürülən qadın səslərin 60%-ni toplayaraq bələdiyyə sədri olur.

2. ABŞ-da sürücü qadın avtomobil parklanmasına görə yazılmış cərimədən qəribə üsula əl ataraq xilas olur. Belə ki, qanunundakı maddədə "motorlu mobil vasitə" ibarəsi olmasına baxmayaraq motorlu və mobil sözlərinin arasında vergül qoyulmamışdı.  Qadın öz avtomobilinin "motorlu mobil vasitə" olmadığını iddia edir və məhkəməni udur. 

3. Şimali Koreyada 14 yaşında olan bir qız sel axıntısına düşür. Ağacdan tutmasına imkanı olduğu halda Şimali Koreya liderinin fotosu olan bir plakatdan yapışır və bu şəkildə seldən qurtulacağına inanır. Lakin, təbii ki, "lideri" onun həyatını təbiət anadan xilas edə bilmir...

4. 1965-ci ildə boğulmaq üzrə olan bir oğlan uşağını Alice Blaise adlı qadın xilas edir. Uzun illər sonra həmin oğlan eyni sahildə bir kişini boğulmaqdan xilas edir. Həmin kişi isə Alice Blaisenin əridir.

5. Corc Kluniyə verilən ""Mavi" (qey) rolunda oynayarsan?" sualına "Onsuz da oynadım, "Batman" olaraq..." cavabını verir.

6. Elektron poçt xidməti verən "Hotmail" HTML-ə görə belə adlanıb: "HoTMaiL"

7. 2016-cı ilə minlərlə ABŞ vətəndaşı "pensiyada olan" porno ulduz Mia Xalifanın ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri olması üçün prezident Obamaya müraciət ünvanlayıb.

8. "Fahrenheit 451"in yazıçısı Ray Bradbury o qədər kasıb bir ailədə böyüyür ki, "Son zəng" günü ölən əmisinin kostyumunu geyinir... Bu heykayətin maraqlı tərəfi isə bundadır ki, əmisi silahla vurulub öldürülmüşdü və geyindiyi kostyumda güllə deşiklərinin yeri qalırdı.

9. Avstriyalı bir ailənin uzun illər qapı döymək üçün istifadə etdikləri qara daşın 733 karatlıq briliant olduğu sonradan öyrənilib.

10. Rus çarı III Petro rus olmayıb. O, hətta rus dilində danışa bilmirmiş və rus mədəniyyətindən də nifrət edirmiş. Daha sonra öz arvadının həyata keçirdiyi çevrilişlə taxtdan endirildi. Arvadı isə uzun illər taxtda qalan II Katerinadan başqası olmayıb...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.