Dünya

Medvedev: "Sanksiyalar və neftin qiyməti artıq qorxutmur"

19 Aprel 2017 14:33
0 Şərh     Baxış: 563

Sanksiyalar və neftin aşağı qiymətləri artıq heç kimi qorxutmur. Rusiya iqtisadiyyatı vəziyyətdən öz xeyrinə istifadə etməyi öyrənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.

D.Medvedev qeyd edib ki, 2016-cı il sərt iqtisadi resurslar rejimində keçdi, bununla belə, "imkanların dərk edilməsi ili" oldu:

"Bu gün heç bir çağırış bizi qorxutmur. Əksinə, inkişaf etməyə stimul verir".

Baş nazir əlavə edib ki, şəxsi imkanlara əminlik artıq nəticə verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.