Dünya

Məşhur gecə klubuna hücum: yaralılar arasında tanınmış model də var - FOTO

19 Aprel 2017 13:33
0 Şərh     Baxış: 2 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə məşhur bir gecə klubunda dəhşət yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, Artur Kollins adlı bir şəxs kükürd turşusu ilə hücum etdiyi gecə klubunda 20 nəfərə xəsarət yetirib. Artur Kollinsin televiziya ulduzu Fern Makkeynin sevgilisi olduğu deyilir.  

Televiziya ulduzunun sevgilisini polislə danışmaq üçün razı salmağa çalışdığı ifadə edilir. 

Paytaxt Londonun qərbindəki Dalston şəhərində olan "Mangle" gecə klubunda insanların əyləndiyi zaman birdən hər kəs çölə qaçmağa başlayıb. Hadisə şahidləri "tez çıxın, hər kəs çölə" səslərini eşitdiklərini, hətta bir neçə dəfə havaya atəş edildiyini söyləyirlər.

Hücum planı zamanı hədəfdə isə yalnız 2 nəfərin olduğu deyilir. İki nəfəri hədəf alan şəxs 20 nəfərin yaralanmasına səbəb olub. 

Artur Kollinsin qurbanlarından biri 22 yaşlı avstraliyalı model Isobelle Fraserdir. 

Avstraliyalı model Isobella Fraser o vaxt bacısı Prue ilə birlikdə gecə kulubunda olub. Turşunun sprey halında arxasınca sıxılması nəticəsində qolunda və kürəyində kimyəvi yanıqlar meydana gəlib. Model hadisənin bir terror hücumu olduğunu düşünür. 

Hadisə ilə əlaqədar isə İngiltərə polisi hər yerdə Artur Kollinsi axtarır. Polislər son olaraq onun bir milyon funt dəyərində lüks evinə basqın ediblər. Evdə qeyri-qanuni silah və narkotik tapılıb. Kollinsdən isə heç bir xəbər yoxdur.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.