Dünya

Rusiya Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başladı

19 Aprel 2017 11:25
1 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Rusiyanın Xəzər donanmasına aid artilleriya bölmələri təlimlərə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin Xəzər donanmasının dəniz piyadalarının artilleriya bölmələri Dağıstanın Adanak poliqonu və Skorpion taktiki meydanında döyüş atəşinin tətbiqi ilə batareya təlimləri keçirir. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib.
 
Cənub Hərbi Dairəsindən bildirilib ki, dəniz piyadaları şərti düşmənin dəniz desantının çıxarılmasının qarşısını alacaq müdafiə yönümlü tədbirlər reallaşdıracaq. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən döyüş tapşırığı həyata keçirilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.