Dünya

Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO

19 Aprel 2017 10:58
2 Şərh     Baxış: 6 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb.
 
Milli.Az xəbər verir ki, Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.

Əl-Anani mumyalardan birinin böyük ehtimalla, antik şəhərdə sülh hakimi olaraq fəaliyyət göstərmiş bir idarəçi Userhatın mumiyası olduğunu və 18-ci Misir xanədanı dövründən qaldığını sözlərinə əlavə edib.

Misir fironlarının məzarlarının olduğu məşhur "Krallar Vadisi" yaxınlığındakı arxeoloji qazıntını aparan Mustafa Əl Vəziri "ölülər şəhəri"ndə onlarla tarixi əsərlərlə yanaşı, fironlara aid 6 mumiya, tabut və heykəllər aşkar edildiyini açıqlayıb.

Əl Vəziri: "Məzar kiçik olsa da, içərisində xeyli sayda rəngli maska ​​var. Arxeoloji qazıntı zamanı məzardakı mumiyaların naməlum bir xəstəlikdən öldükləri aydın olub".

O,  bundan əlavə, 1050-dən çox tarixi heykəl tapıldığını, qazıntıların davam etdiyini qeyd edib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.