Dünya

Lavrovun Abxaziyaya səfərinə Gürcüstandan SƏRT REAKSİYA

18 Aprel 2017 15:00
0 Şərh     Baxış: 797

Gürcüstan Rusiyanı təxribat hərəkətlərə son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfəri ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
 
"Gürcüstanın dövlət sərhədinin pozulması və Suxumidə diplomatik nümayəndəliyin yeni binasının qanunsuz açılışı ilə müşayiət olunan səfər beynəlxalq hüququn fundamental normaları əsasında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini kobud şəkildə pozur", - deyə bəyanatda bildirilir.
 
Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər rəsmi Moskvanın Gürcüstana qarşı təxribatçı siyasətin davamıdır və suveren dövlətin sərhədlərinin zor yolu ilə dəyişdirilməsi məqsədi güdür: "Bu kimi addımlarla Rusiya nəticəsiz olaraq işğalçı rejimlərə legitimlik vermək istəyir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən 12 avqust 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasına dair öhdəliyi yerinə yetirməyə çağırır".
 
Qeyd edək ki, səfər çərçivəsində S.Lavrov qondarma rejimin lideri Raul Xajimba, "parlament"in sədri Valeri Kvarçiya, "xarici işlər naziri" Daur Kove ilə görüşlər keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.