Dünya

Ərdoğan: "Türkiyədə Avropa İttifaqı ilə danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər"

17 Aprel 2017 22:00
0 Şərh     Baxış: 964

Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"54 ildir ki bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq", deyə Ərdoğan bildirib.
 
Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq: "Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək", deyə Türkiyə prezidenti qeyd edib.
 
Suriyada keçirilmiş "Fərat qalxanı" əməliyyatına toxunan Ərdoğan deyib: "Türkiyə terrorçulardan qurtulmaq üçün istənilən əməliyyatı keçirməyə hazırdır. Yaxın gələcəkdə bu istiqamətdə görülən işlər gücləndiriləcək".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.