Dünya

Rusiya Uzaq Şərqi 18 ölkə üçün vizasız etdi - SİYAHI

17 Aprel 2017 20:24
3 Şərh     Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiyanın Uzaq Şərq bölgəsinə vizasız gedə biləcək 18 ölkənin siyahısını təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir bu qərarın turist və sahibkarlara aid olacağını bildirib.

D.Medvedev bu bölgəyə vizasız gələcək əcnəbilərin müxtəlif regionlarda yerləşən ölkələrdən olduğunu qeyd edib.

Yeni qərara əsasən, Uzaq Şərqə Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Qətər, Çin, Şimali Koreya, Küveyt, Mərakeş, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Türkiyə və Yaponiya vətəndaşları vizasiz səfər edə biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.