Türkiyədə, Qaziantepdə avtomobilin atla toqquşması nəticəsində baş verən qəzada atın qoparaq avtomobilin şüşəsindən içəri girən başı sürücünün ağır yaralanmasına səbəb olub.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, ağır yaralı halda olan sürücü qəzadan 1 ay sonra dünyasını dəyişib.
İddiaya görə, Tekirdağda iki oğlu ilə birlikdə həyat yoldaşının ata yurdu Qaziantepə doğru yola çıxan 36 yaşlı İbrahim Çelikin 59 DU 520 nömrə nişanlı avtomobili Osmaniye-Kadirli şosesində birdən yola çıxan atla toqquşub. Atın qəzadan sonra qopan başı sürücü Çelikə dəyib. Gözlənilməz qəzada ağır yaralanan sürücü Çelik Qaziantepdəki özəl bir xəstəxanaya çatdırılıb. Çelik xəstəxanada 1 aylıq davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib. Çelikin qəzada yaralanan uşaqları 1,5 yaşlı Ayhan və 14 yaşlı Onur isə müalicədən sonra xəstəxanadan çıxarılıblar.
Məhəmməd Vaqif
Milli.Az