Dünya

ABŞ Suriyaya desant göndərib - Məxfi əməliyyat

17 Aprel 2017 13:50
0 Şərh     Baxış: 674

ABŞ-ın rəhbərliyi etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında desant qoşunları yerləşdirib.

Milli.az azvision.az-a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hərbi əməliyyat İŞİD-in nəzarətində olan şəhərin şərq hissəsində həyata keçirilib. Desantlar əraziyə "Apache" helikopterləri ilə gətirilib.

Ümumilikdə hərbi əməliyyatda onlarla insan iştirak edib. Əməliyyatın əsas məqsədi İŞİD-in təminat məntəqələri və silah anbarını məhv etmək olub. 

Əməliyyatın başlamasından 20 dəqiqə sonra hərbçilər ərazini tərk edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.