Dünya

Milyonlarla insanın gözü qarşısında qızı başından vurub suya atdı - VİDEO

17 Aprel 2017 12:21
0 Şərh     Baxış: 3 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Survivor"da birləşmə partisindən sonra adanı tərk edəcək ilk iştirakçının müəyyən edilməsi üçün növbəti toxunulmazlıq oyunu keçirilib.

Hovuz üzərində duelə çıxan "Könüllülər" və "Məşhurlar" komandası arasında keçirilən yarış zamanı qorxunc olay yaşanıb.

Milli.Az xəbər veirr ki, "Məşhurlar"ın Səması ilə qarşılaşan rəqib komandanın üzvü Burçak hər kəsi qorxudub.

Belə ki, Səma yarışın qaydalarından kənar olaraq Burçakın başına zərbə endirib. Bir anlıq huşunu itirən Burçak hovuza yıxılıb. Suyun üzünə çıxmayan Burçakın boğulduğunu hiss edən "könüllü" Ogeday özünü hovuza ataraq dərhal Burçakı hovuzdan çıxarıb.

Həmin an ən çox diqqət çəkən məqam bir metrliyində boğulan Burçaka Səmanının kömək etmək əvəzinə baş verənləri soyuqqanlılıqla izləməsi olub.

Burçak həmin anı "Başım fırlandı, çox qorxdum" sözləriylə izah edib. 

Yarışı davam etdirə bilməyən Burçak toxunulmazlıq yarışından kənarda qalıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Milyonlarla insanın gözü qarşısında qızı başından vurub suya atdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.