Dünya

İranda azərbaycanlılar niyə edam olunur?

16 Aprel 2017 19:52
13 Şərh     Baxış: 3 031

İrandakı Azərbaycan xalqının hüquqları üzrə assosiasiya əsasən etnik azərbaycanlıların çoxluq təşkil etdikləri şəhərlərdə ölüm cəzasının tətbiqi haqda məruzə dərc edib.

Assosiasiyanın hüquq müdafiəçiləri narahatlıqla qeyd edirlər ki, Azərbaycan şəhərlərində ölüm hökmlərinin sayı çox sürətli templə artır. Belə ki, 2015-ci ilin oktyabrından 2016-cı ilin oktyabrınadək İranda bütovlükdə 588 insan edam edilibsə, onlardan 187-si Azərbaycan əyalətlərindən olanlar olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onlardan yarısı narkotiklərlə bağlı cinayətlərə, dörddə biri zinalara və qalanları siyasi fikirlərə və təhlükəsizlik məsələlərinə görə ölüm cəzasına məhkum ediliblər.

İranda edam edilmiş hər on adamdan biri Qərbi Azərbaycan əyalətinin sakinidir. Ölüm hökmlərinin yayılma dərəcəsi üzrə sonrakı yerlərdə Şərqi Azərbaycan (8%) Ərdəbil (7%), Qəzvin (6%), Zəncan və Həmədan gedir.

Hüquq müdafiəçiləri, həmçinin narahatdırlar ki, rəsmi məlumatlarda ölüm cəzasının yalnız az bir hissəsi əksini tapır. Onların fikrincə, reallıqda edam olunanların sayı rəsmi mənbələrdə göstərilənlərdən dəfələrlə çoxdur.

Hüquq müdafiəçiləri Azərbaycan şəhərlərində edamların sayının artmasına görə həm də o səbəbdən narahatdırlar ki, hakimlərin qərarları çox vaxt törədilən cinayətlərə adekvat olmur.

Sonda qurum İranda edam edilmiş etnik azərbaycanlıların uzun siyahısını təqdim edib və vurğulayıb ki, hələlik yalnız onların adlarını dəqiqləşdirə bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    səkinə1 · 16 Aprel 20:0051

    fərq ondan ibarətdir ki bizdə camaat özü özünü asır orada isə dövlət asır.orada edam olunan insanların statistikasını aparırsız yaxşı edirsiz amma heçolmasa öz ölkəmizdə baş verən intiharlarında qarşısını almaq barəsində düşünün ...

    Cavab yaz
  • Anonim
    Aydlndl · 16 Aprel 20:2056

    Yazlq yerlilerimiz.

    Cavab yaz
  • Anonim
    77777 · 16 Aprel 20:4244

    farslar ta qedimden azerbaycanin duwmeni olub bunu qarabag muharibeside subut etdi bize yox ermenilere komek etdiler hansiki biz din qardawiyiq bu oz yerinde narkamanin zinakarin yawamasindansa olmeyi yaxwidi

    Cavab yaz
    • Anonim
      Lele · 17 Aprel 13:4531

      Get oxu oyren

      Cavab yaz
  • Anonim
    rusiyadan · 16 Aprel 20:5822

    Adama tesir edire

    Cavab yaz
  • Anonim
    Mahmudov · 16 Aprel 22:0345

    Azərbaycanlıların düşmənı necə ki ermənidi, eyni ilə də İran və onun erməni mənşəlli farslarıdır.

    Cavab yaz
    • Anonim
      Lele · 17 Aprel 13:4731

      Senun naturalniy ereb adoa qorban olom.

      Cavab yaz
  • Anonim
    fars sehzadesi prinse · 16 Aprel 22:2126

    prins gelsin cavab versin cox iran fars deyir

    Cavab yaz
  • Anonim
    Efqan · 16 Aprel 22:4831

    Bizim bezi biqeyret kişikerimizide orda asmaq lazimdi . Qizina tejavuz eden , emisi qizini qaçiran ve.s

    Cavab yaz
  • Anonim
    Adsiz · 16 Aprel 22:5422

    Iranda yawayan azerbaycanlilar ne qeder dozumliduler, goresen bunu bizden oyrenibler, yoxsa qanlarinda var, o qeder insan niye birdefelik bu kolelikden azad olmaq haqqinda fikirlewmir, goresen savadsizdilar, yoxsa qorxaqdirlar, indi hansi zamandir, bele de acizlik olar

    Cavab yaz
    • Anonim
      Lele · 17 Aprel 14:0431

      Sebeb odu ki onlar bezilerinden ferqli olaraq oz irani koklerini unutmayiblar.ve ozlerini turkce de danisa bilen Azerbaycan vilayetinin sakini sayirlar.nece ki min illerdi dede babalari da bele duwunub.sebeb budu,suala cavab da budu,sadece heqiqeti inkar etmek isteyini icimizde bogsaq bize de aydin olar.inkar hissi bizde var ki bu biz ne vaxtsa oz kokumuzu danmisiq indi ise bu donukluyu boynumuza almaq istemirik.bunu ozumuze abirdizliq bilir ve bu utanc hissini bogmaqdan oteri ozumuzu farslara dusmen kimi tanidiriw ve ozumuzu de buna inandirmaga ceht edirik.cunki utan hissini, emelimizi unutmaqla bogmag istiyirik.komeyimize ise utancligdan dogan qezzeb ozunu temize cixartma hissi gelir. Mene inanmayacaqsiz bilirem.elese gedin pisixoanalitik izah vere bilecek diger bir shexsen, tanidiginiz adamdan sorushun. Yoxsa sebeb ne ola bilerdi ki?? tarixde hecvaxt Iran Azerbaycan muharibesi ve ya umumiyyetle doyuwu olmayib. Butun ozune hormet eden chaplar ve ya elyazmalar bunu size subut eder..

      Cavab yaz
      • Anonim
        Leleye · 17 Aprel 23:2541

        ela vurqulamisiniz,bu mövzuda psixoanalitika sözünü deyir.

        Cavab yaz
      • Anonim
        Lele · 18 Aprel 11:2930

        Anlayishiniz uchun teshekkir edirem. Duynada her bir sheyin sade bir bashlangici var.Sosiyal munasibetlerin de bashlangici psixikadan dogur.bunu artiq insanliq choxdandi derk edib ama teessuf ki cemiyyet butovlukde bunu derk etmek seviyyesinde yetkinlewmeyib. Tehsil seviyyesi qalxdiqca gec tez hami bu fikri testiqleyer.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.