Dünya

Tramp: "ABŞ-ın başqa yolu yoxdur"

16 Aprel 2017 18:48
0 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun silahlanmanı artırmaqdan başqa yolu olmadığını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, D. Tramp bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
D. Tramp yazıb ki, ABŞ Silahlı Qüvvələri yüksək templə inkişaf edir və heç vaxt olmadığı qədər güclü olacaq: "Səmimi danışsaq, bizim sadəcə, başqa yolumuz yoxdur".
 
Bundan əvvəl ABŞ prezidenti bildirib ki, növbəti maliyyə ilində qeyri-hərbi xərclərin, xüsusən xarici ölkələrə yardımın azaldılması hesabına hərbi xərclər 54 milyard dollar artacaq. D. Tramp hakimiyyətinin sonunda ABŞ-ın yaxşı Silahlı Qüvvələri olacağını vurğulayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.