Dünya

Ukraynalı deputat Krıma dincəlir

15 Aprel 2017 22:11
0 Şərh     Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radasının deputatı İqor Şkirya oğlu Dmitri ilə birlikdə Krımda dincələrkən "yaxalanıb".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu yerli sakinlərə istinadən Jurnalist Araşdırmaları Mərkəzi bildirib.

Qeyd olunur ki, Ali Radanın plenar iclaslarının keçirildiyi həftə ərzində Şkiryanı onun özünə məxsus olan və Qasprada (Yaltadan 12 kilometr aralıda qəsəbə - red.) yerləşən "Marat" otelində görüblər.

Deputata məxsus olduğu deyilən Ukrayna dövlət nömrə nişanlı avtomobil həftənin sonuna qədər otelin həyətində olub.

Maraqlıdır ki, Ali Radanın plenar iclasları keçirilən günlərdə İqor Şkirya deputatların elektron qeydiyyatından keçib, lakin müzakirə olunan məsələlər üzrə heç bir səsvermədə iştirak etməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.