Dünya

Ukraynada Azərbaycan sahibkarlarına məxsus yüklə dolu 10 TIR OĞURLANIB

13 Aprel 2017 22:58
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada Azərbaycan sahibkarlarına qarşı dələduzluq faktları davam edir.

Milli.Az modern.az-a istinadən bildirir ki,Ukraynada Azərbaycan sahibkarlarına məxsus bir neçə yük avtomobili içərisindəki yüklə birlikdə yoxa çıxıb.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun ATV-yə verdiyi məlumata görə, artıq təşkilata 10-a qədər belə müraciət daxil olub: "Hər maşındakı yükün dəyəri isə 100-200 min avro arasında dəyişir. Oğurlanan isə dələduzlar tərəfindən daha tez sasıla biləcək məhsullar olur. Proses isə belə təşkil olunur: hansısa daşıma şirkəti qeydiyyatdan keçirilir. Sonra bağlanmış hansısa köhnə şirkətlərin möhürləri ilə müqavilələr imzalanır. Amma sonradan həmin şirkətlərin nə ofisini, nə rəhbərlərini, nə də TIR sürücülərini tapmaq olmur. Bizdə olan məlumata görə, İvano-Frankovsk vilayətində bir neçə belə şirkət azərbaycanlılara məxsus mallara əl qoyub".
H.Cavadovun sözlərinə görə, bununla bağlı artlq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib: "Məsələ ilə bağlı Ukraynanın həm Milli Təhlükəsizlik Nazirliyi, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciətlər etmişik. Bizə verilən məlumata görə, ogurlanan malların tapılması üçün işlər aparılır".
Milli Məclisin deputatı Çingiz Qənizadə isə deyir ki, sahibkarlar Ukraynanın hüquq-mühafizə orqanlarından yüklərin təhlükəsizliyinə təminat istəyə bilər: "Əgər yüklər sığortalanıbsa, həmin sahibkarla sığorta pulunu alcaq. Əgər yüklər sığortalanmayıbsa, sahibkarlar mühafizə şirkəti ilə müqavilə bağlayıb yüklərin qorunmasına təminat almalıdır".
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanın "Epidiamed" Tibb şirkətinə məxsus dərman və digər tib məhsulları ilə yüklənən 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb. Yoxa çıxan avtomobildə 170 min avro dəyərində yük olub.
Onu da bildirək ki, diaspor rəhbərliyi Ukraynadakı azərbaycanlı sahibkarlara kömək məqsədi ilə işçi qrup yaradıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.