Dünya

"Hostelləri bağlamaq yox, artırmaq lazımdır"

13 Aprel 2017 14:05
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hostellərin milli mentalitetimizə zidd olmasına dair fikirlər sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə yol açıb. Bir çoxları hostellərin bağlanılmasını istəyir. Nəzərə alsaq ki, ölkəmizdə son vaxtlar turizmin inkişafı üçün mühüm addımlar atılır və bunun nəticəsidir ki, artıq Azərbaycana gələn turislərin sayında ciddi artım hiss olunur.

Belə olan halda turistlər üçün maddi baxımdan əlverişli olan hostellərin və "iki" və "üç" ulduzlu otellərin sayının artırlması daha məqsədəuyğundur, nəinki bağlanılması..

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov hostellərin artırılmasının tərəfdarıdır. 

Milli.Az xəbər verir ki, komitə sədri azvision.az-a bildirib ki, dəbdəbəli "5" və ya "4" ulduzlu otellərlə yanaşı, nisbətən ucuz otellərin olması turizmin inkişafı üçün vacibdir. 

"Avropa ölkələrində, o cümlədən Parisdə tez-tez oluram. Orada bahalı otellərlə yanaşı, nisbətən ucuz otellər də çoxluq təşkil edir. Həmin otellərdə qalan insanlar öz büdcələrinə uyğun şəkildə istirahət edə bilirlər. İnsanlar məcburiyyət qarşısında qalıb bahalı otellərə üz tutmurlar. 

İnanıram ki, Azərbaycanda da nisbətən az imkanlı turistlər üçün belə şərait yaradılacaq ki, onlar gecələmək üçün həmin otellərin imkanlarından istifadə edə bilsinlər. Turist yerdə qalan vəsaiti daha yaxşı istirahət etmək üçün xərcləyə biləcək.
Təəssüf ki, bu gün Azərbaycanda hostellər və ucuz otellər azlıq təşkil edir. Bu baxımdan hostellərin artırılması istiqamətində istənilən işə dəstək vermək lazımdır". 

R.Hüseynovun sözlərinə görə, hostellər standartlara uyğun şəkildə fəaliyyət göstərməlidir: "Məsələnin mətbuat səhifəsində ayrı-ayrı insanlar tərəfindən araşdırılması problemin düzgün həllinə ədalətli münasibət deyil. Problem varsa, bunun üçün məhkəmə qaydası var. Lakin ortada bir həqiqət var ki, biz həm hostellərin, həm ucuz otellərin sayının artırılmasına nail olmalıyıq".

Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov bildirib ki, ölkədə yeni mehmanxanalar, "1" və "2" ulduzlu otellərin tikilməsi, hostellərin yaradılması ilə bağlı prezidentin tövsiyyəsi var və ölkə başçısının çıxışına əsasən sahibkarlar işə başlayıblar. 

"Sahibkarlara yeni iş yerləri açması üçün imkan yaradılıb. Bu gün hostelin açılması üçün heç bir lisenziya lazım deyil, yalnız Vergilər Nazirliyində qeydiyyata düşmək lazımdır. Bu isə qanuni fəaliyyət deməkdir. Vergilər Nazirliyinin və Mədəniyyət və Turizmin Nazirliyinin hosteli bağlamaq səlahiyyəti yoxdur. 

Hosteli məhkəmə yolu ilə, şikayət etməklə bağlamaq olar. Məhkəmə tərəfindən müəyyən qərar çıxarıldıqdan sonra sahibkar dərhal hosteli bağlamır. Cavabdehin ixtiyarı var ki, ikinci instansiya məhkəmə orqanlarına şikayət etsin. 

Həmçinin söhbət yayıldı ki, hostellər hər hansı yaşayış binasının içərisində olmaz. Hostellər ayrıca bina tikilməklə yaradılmır, bu zaman o mehmanxana olmalıdır. Hər hansı yaşayış məntəqəsinin içərisində sahibkar 2-3 evi kirayəyə götürüb fəaliyyətə başlayır və bu hostel adlandırılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.