Dünya

İranda 287 namizəd prezident olmaq iddiasındadır

12 Aprel 2017 23:21
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda prezident olmaq istəyən namizədlərin sayı 287 nəfərə çatıb.

İranın Daxili İşlər Nazirliyində yaradılmış seçki qərargahının sədri Əli Əsgər Əhmədi bildirib ki, namizədlərdən 13 nəfəri qadındır. Seçkilərə qatılan namizədlərə yaş məhdudiyyəti qoyulmayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, namizədlərin qeydiyyata alınması prosesi aprelin 15-nə qədər davam edəcək. Ola bilsin ki, namizədlərin sayı daha da artsın. Lakin qeydə alınan namizədlərin siyahısını Konstitusiyaya Nəzarət Şurası da nəzərdən keçirəcək.

Seçki kampaniyası isə aprelin 28-dən mayın 17-nə kimi davam edəcək. Mayın 19-da İranda ümumxalq səsverməsi ilə prezident seçiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.