Dünya

İsveç terrorçusunun keçmişində Türkiyə izi AŞKAR EDİLDİ - VİDEO

12 Aprel 2017 16:22
0 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin paytaxtı Stokholmda yük maşınını insanların üzərinə sürərək qırğın törədən özbək əsilli 39 yaşlı terrorçu Raxmat Akilov haqda yeni detallar əldə edilib.

Milli.Az xəbər verir ki, İsveç KİV-nin məlumatına görə, o, Türkiyədə olduğu müddətdə radikal qruplarla əlaqə qurub, İsveçə sığınacaq müraciətinin rədd edilməsindən sonra narkotik və kriminal dəstələrlə əlaqələrini möhkəmləndirib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, Akilov həyat yoldaşının Türkiyəylə bağlı olan ticarət fəaliyyətinə görə tez-tez onunla birlikdə Türkiyədə olub. Həyat yoldaşından ayrıldıqdan sonra isə 2012-ci ildə Türkiyədə yaşamağa başlayıb. 

Daha sonra teraktda şübhəli bilinərək saxlanılanlardan biri Raxmatın ilk dəfə İsveçdə məscidə getdiyində ona namaz qılmağı bilmədiyini dediyini, ancaq "Suriyada müsəlman qardaşlarımız ən doğrusunu edir. Müsəlman qadın və uşaqların həyatını xilas edirlər'' sözlərini işlətdiyinə şahidlik etdiyini, bir terror planlaşdırdığı haqda planlarından danışdığını deyib.

Özbəkistanda böyük bir ailənin üzvü olduğu ifadə edilən Raxmat Akilovun həyat yoldaşı ilə ayrıldıqdan əvvəl qaynaqçı olaraq çalışdığı deyilir.

Ayrıldığı qadından dörd uşağı olduğu ortaya çıxıb.

Qeyd edək ki, Stokholmdakı terrorda 5 nəfər həyatını itirib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İsveç terrorçusunun keçmişində Türkiyə izi AŞKAR EDİLDİ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.