Dünya

İŞİD-ə qarşı döyüş zamanı silahını yerə qoyan polisin İLGİNC ADDIMının səbəbi bilindi - YENİLƏNİB - VİDEO

6 Aprel 2017 14:12
1 Şərh     Baxış: 5 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:12

İraq polisinin İŞİD terrorçularıyla döyüş zamanı silahı yerə qoyub, daş atmaqlarının səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, ərəb dilində danışan polislərin dialoqu zamanı məlum olur ki, silahını kənara qoyan polis onları nişan almağa çalışan iki İŞİD-çi snayperin nəzərindən yayınmaq üçün bu addımı atıb.

Polisin sapandla hər dəfə daş atdığı yerə snayperlərin atəş açdığı da videoda eşidilir.

----------

11:31

İraqın Mosul şəhərində İŞİD-ə qarşı döyüşən İraq hərbçilərinin maraqlı görüntüsü yayılıb. Mosulu İŞİD-dən təmizləmək üçün başladılan əməliyyatlar çərçivəsində İraq polisləri, terrorçularla maraqlı bir üsulla döyüşüblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə İraq polis qüvvələrinin əməkdaşlarının əllərindəki silahları kənara qoyub, sapandlarla İŞİD terrorçularına daş atdıqları əks olunub.

İraq polislərinin kiçik daşlarla İŞİD-çilərə zərər vermək istəyinin səbəbi isə bilinmir.

Ancaq terrorçulara qarşı yaxın məsafədə bu üsulla döyüşmək də insanları çaşbaş salıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İŞİD-ə qarşı döyüş zamanı silahını yerə qoyan polisdən İLGİNC ADDIM

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.