Dünya

Ermənistan baş prokurorluğu: seçki məntəqələrində rüşvət verirlər - YENİLƏNB

2 Aprel 2017 18:17
1 Şərh     Baxış: 9 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:17

Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçkilərdə minə yaxın qanun pozuntusu barədə məlumat alıb.

Qanun pozuntuları əsasən başqa insanın yerinə səsvermə, müşahidəçilərin hüquqlarının pozulması, insanlara azad şəkildə səsvermə imkanın yaradılmaması il bağlıdır.

14:10

Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçki məntəqələrində qeydə alınan yeni qanun pozuntuları barədə məlumat alıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bildirilir ki, 6 halda seçicilər başqa insanların yerinə səs veriblər, 3 halda səsvermənin məxfiliyi pozulub, daha 3 halda isə insanlar azad şəkildə səs verə bilməyiblər.

----------

11:31

Ermənistanın Baş Prokurorluğunda yaradılmış işçi qrupu seçki məntəqələrində qeydə alınan 57 pozuntu barədə məlumat alıb.

Trend-in "Novosti-Armenia" agentliyinə istinadən verdiyi məlumata görə, 46 halda seçki məntəqələrində rüşvət vermə faktı qeydə alınıb.

Digər 11 pozuntu isə vətəndaşların sərbəst səkildə səs verə bilməmələri ilə bağlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.