Dünya

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:30
5 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti Sintszyan-Uyğur Muxtar rayonunda niqabın taxılmasını qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar bölgədə ekstremizmlə mübarizə tədbirləri çərçivəsində qəbul olunub.

Yeni qərar aprelin 1-dən qüvvəyə minəcək. Qərara əsasən, hava limanlarında və vağzallarda əməkdaşlar niqab taxan qadınlar arasında iş aparmalı olacaqlar. Çünki qərardan sonra niqablı qadınların ictimai nəqliyyata daxil olması qadağan ediləcək.

Bundan başqa, qərara əsasən, burada Çinə uyğun olmayan saqqalların saxlanması da qadağan olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.