Dünya

Rusiyada dolların böhranı: 21 aylıq minimuma endi

30 Mart 2017 14:41
0 Şərh     Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi 2015-ci ilin iyul ayından etibarən ən aşağı həddə enib və 56,32 RUB/USD təşkil edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, neftin qiymətinin mart ayının əvvəlinə nisbətən 8% ucuz olmasına və dolların məzənnəsinin dünya bazarında möhkəmlənməyə başlamasına baxmayaraq, Rusiya valyuta bazarı tamamilə tərs effekt göstərir. 

Rusiya ilə eyni kateqoriyaya aid, inkişaf etməkdə olan ölkələrdən Cənubi Afrika Respublikasında siyasi problemlər səbəbindən Rusiyanın rublda maliyyə aktivlərinə maraq artdığından ölkəyə portfel investisiyası axını güclənib. Bu da öz növbəsində dolları ucuzlaşdırmağa davam edir. Analitiklər neft qiymətlərinin yüksəlməyə başlamasıyla birlikdə dolların daha da düşəcəyini ehtimal edirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.